2021-ci ilin may ayında keçən ilin eyni dövrü ilə müqayisədə otel, kafe və restoranların qiymətləri 11,8 % bahalaşıb.
InterPress.ge xəbər verir ki, bu barədə Geostat məlumat verib.
Eyni zamanda, bu ilin aprel ayı ilə müqayisədə may ayında otel, kafe və restoranların qiymətləri 1,4 % bahalaşıb. Buna görə qrupun ay indeksinə verdiyi töhfə 0,09 % - dir.
Qiymət artımı həm gecələmək xidmətində (2,5 %), həmdə ictimai qida obyektlərinin (1,3 %) alt təbəqələrində müşahidə edilib.
