İrakli Ğaribaşvili Ukraynanın Baş naziri ilə görüşdü
"Görüşümüzün əsas məsələlərindən biri Avropa Birliyinə olan irəliləyişimiz idi".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili, Ukrayna Baş naziri Denis Şmiqal ilə keçirdiyi brifinqdə bəyan edib.
İrakli Ğaribaşvilinin sözlərinə görə, görüşdə Gürcüstan və Ukraynanın NATO-ya inteqrasiya məsələləri də müzakirə olunub.
“Görüşümüzün əsas məsələlərindən biri Avropa Birliyinə olan irəliləyişimiz idi. Əlbətdə ki, hər iki ölkə də Avropa Birliyinə üzv olmaq üçün kəskin şəkildə formalaşıb və biz təbii olaraq bu mövzuda nisbətən çox danışdıq.
Bildiyiniz kimi, bu il mayın 17-də Gürcüstan, Ukrayna və Moldova çox vacib bir siyasi bəyanat olan "Associated Trio"nun yaradılması haqqında memorandum imzaladı.
Gürcüstan və Ukraynanın NATO-ya inteqrasiyasını da müzakirə etdik. Hər iki ölkə tezliklə NATO-nun həqiqi üzvü olmaq üçün çox istəklidirlər. Bildiyiniz kimi, Buxarest Sammitində Müttəfiqlər Gürcüstan və Ukraynanın NATO-ya üzv olmasına qərar verdilər və illər ərzində ölkələrimiz bu yolda ciddi irəliləyiş əldə etdilər", - dedi Baş nazir.


