Övladını öldürməyə cəhd edən ata həbs cəzasına məkhum edildi
Tbilisi Şəhər Məhkəməsi, ittiham tərəfinin təqdim etdiyi dəlilləri və cinsiyyətə görə övladını öldürməyə cəhddə günahlandırılan Q.S.-nı günahkar olaraq tanıyıb.
InterPress.ge xəbər verir ki, Gürcüstan Baş Prokurorluğunun yaydığı məlumatda bu barədə deyilir.
"Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq nəticəsində ittiham tərəfinin məhkəmədə təqdim etdiyi dəlillər təsdiqlədi ki, 15 sentyabr 2020-ci il tarixində, Tbilisidə alkoqolun təsiri altında olan Q.S. cinsi ayrıseçkilik əlaməti olaraq, həm atanın həm də oğlun qadın üzərində üstünlük hüququna sahib olduğu mübahisəsi əsnasında, övladı N.S.-nın kimlə dostluq etdiyini və necə yaşadığını öyənməyə qərar verdi və qəsdən öldürmək məqsədilə doqquz bıçaq xəsarəti yetirdi.
Q.S.-nın niyyəti həyata keçməyib, çünki zərərçəkən müqavimət göstərərək qaçmağa çalışıb. Ona orada olan bir nəfər də kömək edib və onu qovublar ”, - deyə Gürcüstan Prokurorluğundan bildirilib.
Məlumata görə, hüquq-mühafizə orqanları Q.S.-nı 16 sentyabrda saxlayıb. O, Gürcüstan Cinayət Məcəlləsinin 11 prima, 19,109-cu maddəsinin ikinci hissəsinin "d1" və "v" bəndləri ilə ittiham olunub və qəbs qətimkan tədbiri seçilib.
Tbilisi Şəhər Məhkəməsi Q.S.-nı ittiham üzrə təqsirli bilib və 14 il həbs cəzasına məhkum edib.


