Rustavidə, Nikoladze küçəsində avtomobil 6 yaşlı uşağı vurub.
InterPress.ge xəbər verir ki, uşağın sağlamlığına ciddi ziyan dəyməyib.
Yaralı uşaq təcili yardım briqadası tərəfindən Rustavi klinikasına aparılıb.
Patrul polisinin üç qrupu hadisə yerinə cəlb olunub.
