Coca- cola şirkəti fırıldaqçılıq sxemi ilə bağlı vətəndaşlara xəbərdarlıq edir
Coca cola şirkəti vətəndaşları şirkətin heç bir növ viktorina, lotereya keçirmədiyinə və bu məsələdə diqqətli olmaları barədə xəbərdarlıq edir.
InterPress.ge xəbər verir ki, "Coca-Cola" şirkəti fırıldaqçılıq sxemi barədə açıqlama yaydı.
Onların sözlərinə görə, artıq kiber cinayətlərlə bağlı məlumatlar Daxili İşlər Nazirliyinə verilib.
"Sözügedən veb saytın saxta bir sxem olduğunu sizə xəbər veririk, bu vasitə ilə sizin şəxsi məlumatlarınız ələ keçirilir. Coca-Cola şirkəti heç bir viktorina və ya lotoreya keçirmir. Xahiş edirəm bu məsələyə diqqətlə yanaşın. Daxili İşlər Nazirliyinin Kiber Cinayətkarlıqla Mübarizə İdarəsinə kiber cinayətlər barədə məlumat verilib və hadisə ilə bağlı araşdırma aparılıb"- şirkətdən bildirilib.
Sosial şəbəkədə saxta bir sayta link yayılır, burada vətəndaşlara lotereyada iştirak etmək təklif olunur və linkdə şəxsi məlumatları daxil etmələri istənilir.


