Qəsdən adam öldürməyə cəhd ittihamı ilə bir nəfər saxlanıldı
Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Saqareco rayon şöbəsinin əməkdaşları əməliyyat-istintaq tədbirləri nəticəsində 1978-ci il təvəllüdlü A.G.-nı qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Saqareco şəhərində mübahisə edərkən 1978 təvəllüdlü D.A - nı soyuq silahdan istifadə edərək yaralayıb və hadisə yerindən qaçıb. Yaralı şəxs klinikaya aparılıb və ona müvafiq tibbi yardım göstərilib. Polis təqsirləndirilən şəxsin mənzilinin zirzəmisinə axtarış keçirərkən,kalaşnikov sistemli avtomatik silah və 15 sursat patronu, həmçinin Makarov sistemli tapançalar üçün patronlar götürüb.
Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsini nəzərdə tutan 19-108-ci maddəsi ilə istintaq aparılır.
Cinayət 7 ildən 15 ilədək həbs cəzası nəzərdə tutur", - DİN-in yaydığı məlumatda bildirilir.


