02 
Iyn
2021
15:22
252

Ukraynanın Baş naziri Gürcüstana rəsmi səfər edəcək

Ukraynanın Baş naziri Denis Şmiqal 2-4 iyun tarixlərində Gürcüstana rəsmi səfər edəcək.

InterPress.ge xəbər verir ki, 3 iyun tarixində Gürcüstan Hökuməti administrasiyasında rəsmi qarşılama mərasimi keçiriləcək.

Ukraynalı həmkarına Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ev sahibliyi edəcək.

Baş nazirlərin üz-üzə görüşü planlaşdırılır, bundan sonra danışıqlar geniş formatda davam edəcək. İrakli Ğaribaşvili və Denis Şmiqal mediaya açıqlamalar verəcəklər. Ukraynanın Baş naziri Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Parlamentinin sədri Kaxa Kuçava, eləcə də Bütün Gürcüstanın Katolikos-Patriarxı Müqəddəs II İlia ilə görüşəcək.

Denis Şmiqal, nümayəndə heyətinin üzvləri ilə birlikdə Gürcüstanın birliyi uğrunda şəhid olmuş qəhrəmanların xatirəsini ehtiramla yad edəcək və Qəhrəmanlar Meydanındakı abidə önünə əklil qoyacaq.

Bizimlə əlaqə saxlayın