02 
Iyn
2021
12:37
667

Marneulidə qızlar üçün ödənişsiz foto kurs başlayıb

Marneulidə qadınlar üçün 3 aylıq foto kurs keçirilir.

InterPress.ge xəbər verir ki, layihə Yaradıcı Gənclər Akademiyasının və Tika Tbilisi ofisinin birgə dəstəyi ilə baş tutur.

Foto kurs peşəkar qadın fotoqraflar tərəfindən keçirilir.

Kurs tamamilə ödənişsizdir və kursa 18 yaşdan yuxarı qızlar qatıla bilərlər. Foto kurs həftə sonu ( şənbə) günləri 4 saat keçirilir.

Qeyd edək ki, kursun sonunda foto sərginin keçiriləcəyi də planlaşdırılır.

Tel/ Whatsapp: 577 62 67 17

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər