Ərdoğan bir daha Türkiyənin Gürcüstana dəstəyini vurğuladı
"Türkiyə bütün səviyyədə, bütün platformada Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini vurğulayır".
InterPress.ge xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Türkiyə Prezidentinin qeyd etdiyinə görə, Türkiyə Gürcüstanın Avroatlantik təşkilatlara inteqrasiyasını dəstəkləyir.
"Türkiyə bütün səviyyədə, bütün platformada Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini vurğulayır. Bu fürsətdən istifadə edərək Abxaziya və Cənubi Osetiya problemlərinin sülh yolu ilə həll edilməsinin əsas arzumuz olduğunu qeyd edirəm. Gürcüstanın Avroatlantik təşkilatlara inteqrasiyasını qətiyyətlə dəstəkləyirik", - dedi Rəcəb Tayyib Ərdoğan.


