Ərdoğan: “Türkiyə Azərbaycan-Gürcüstan-Ermənistan üçtərəfli əməkdaşlığını dəstəkləyir”
"Regional məsələlərlə əlaqədar fikirlərimizi bölüşdük. Türkiyə Gürcüstanı regional əməkdaşlığın açarı kimi görür. Bölgəmizin əhəmiyyətini, sülhünü gücləndirəcək və artıracaq müxtəlif işlər görə biləcəyimizə inanırıq" .
InterPress.ge xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə keçirdiyi ortaq mətbuat konfransında açıqlama verib.
Onun sözlərinə görə, Azərbaycanla birlikdə üçtərəfli əməkdaşlıq bu baxımdan çox vacibdir.
"Biz Türkiyə, istər Gürcüstan-Azərbaycan-Ermənistan, istərsədə Gürcüstan-Azərbaycan-Türkiyə olsun, bütün üçtərəfli əməkdaşlıqları dəstəkləyirik. Biz bu il ən qısa müddətdə Ali Strateji Şuranın iclasının keçirilməsinə qərar verdik, Gürcüstan və Türkiyə Xarici İşlər Nazirliklərinə görüş tarixində işləmək üçün təlimat verdik. Mövcud mexanizmlərdən istifadə edərək qəti addımlar atmağa davam edirik. Bunu nəzərə alaraq fikirlərimizin və görüşümüzün aramızdakı münasibətlərə töhfə verəcəyinə və inkişaf etdirəcəyinə inanıram" , - dedi Rəcəb Tayyib Ərdoğan.


