Nazir müavini açıqlama verdi - Bundan sonra komendant saatını yüngülləşdirmək üçün fürsət yaranacaq
“Kütləvi aşılama başlayanda və əhalinin müəyyən bir faizi peyvənd olunduqda, komendant saatını yüngülləşdirmək üçün fürsət yaranacaq".
InterPress.ge xəbər verir ki, bu barədə Koordinasiya Şurasının iclasından sonra Səhiyyə nazirinin müavini Tamar Qabunia deyib.
“Bəzi ölkələrdə müəyyən təşviqlər mövcuddur - məsələn, maska taxmaq məcburiyyətindən azad etmək, lakin burada da aşıları məhdudiyyətsiz şəkildə əldə etmək imkanımız olmalıdır. Gördüyümüz kimi, aşılara olan tələbat, onun tədarük imkanını üstələyir. Beləliklə, kütləvi aşılama başlayanda və əhalinin müəyyən bir faizi peyvənd olunduqda, komendant saatını yüngülləşdirmək üçün bir fürsət yaranacaq", - dedi Qabunia.
Onun sözlərinə görə, Gürcüstanda peyvəndin hər iki dozası ilə 30.722 nəfər aşılanıb, bu, yüksək nisbət deyil, baxmayaraq ki, aşılama prosesi aktiv şəkildə davam edir.


