01 
Iyn
2021
12:28
329

Gürcüstanda Cənubi Afrika ştammı aşkarlandı

Gürcüstandan bir nəfərdə koronavirusun Cənubi Afrika ştammı aşkarlandı.

Interpress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze Qurumlararası Koordinasiya Şurasının iclasından sonra baş tutan brifinqdə açıqlama verdi.

Onun açıqlamasına görə, Cənubi Afrika ştammı Dubaya səyahət tarixçəsi olan bir Gürcüstan vətəndaşında təsdiqləndi.

"Laboratoriyada bioloji nümunələrin birində koronavirusun Cənubi Afrika ştammı təsdiqləndi. Belə ki, Dubaya səyahət tarixçəsi olan bir Gürcüstan vətəndaşında B1351 (Cənubi Afrika ştammı) aşkarlandı. onun kliniki vəziyyəti qənaətbəxşdir, artıq tam sağalıb, heç bir problemi yoxdur"- Qamğrelidze.

Onun qeyd etdiyinə görə, Cənubi Afrika ştammı həm böyüklər, həm də uşaqlar üçün təhlükəlidir.

"Keçən ilin sentyabr ayında bu növ Cənubi Afrikada qeydə alınmışdı və by ştamm dolayısı ilə belə adlandı. Xüsusilə bir sıra Afrika ölkələrində bu növ geniş yayılıb, eyni zamanda ABŞ-da və bir sıra Avropa ölkələrində də rast gəlinir. İngilis ştammı, müəyyən dərəcədə digər ştammlardan üstündür. Cənubi Afrika ştammı həm böyüklər, həm də uşaqlar üçün təhlükəlidir"- Qamğrelidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər