13 
Apr
2020
20:35
4463

Daha bir kənd sərt karantinə alındı, giriş-çıxış məhdudlaşdırıldı - VİDEO

Xaşuri bələdiyyəsinin Xidiskuri kəndində (Şida Kartli bölgəsi) sərt karantin rejimi tətbiq olunur.

InterPress.ge xəbər verir ki, belə bir qərar bu gün Gürcüstanın Baş nazirinin rəhbərlik etdiyi idarələrarası koordinasiya şurası tərəfindən qəbul edilib.

Fövqəladə vəziyyət zamanı tətbiq olunan məhdudiyyətlərə əlavə olaraq yaşayış məntəqəsindən giriş və çıxış qadağan olunub. Kəndə nəzarət yerli polis tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yalnız yemək, dərman almaq və ya tibbi yardım almaq lazım olduqda evlərini tərk edə biləcəklər.

Bununla yanaşı, yerli sakinlərə Səhiyyə Nazirliyinin tövsiyələrinə uyğun olaraq kənd təsərrüfatı işləri aparmaq icazəsi verilir.

"Epidemiologların və tibb işçilərinin fikrincə, mümkün qədər tez normal həyata qayıtmaq və virusun yayılmasının qarşısını almaq üçün təsirli tədbirlər görmək lazımdır. Əks təqdirdə qadağanı bir neçə ay uzatmaq lazım ola bilər ki, bu da ölkədəki onsuz da çətin olan iqtisadi vəziyyəti daha da ağırlaşdıracaq. ", - bəyanatda deyilir.

Koronavirusa yeni yoluxmuşlardan birinin 30 yaşlı Xidiskuri kəndinin sakini olması səbəbindən fövqəladə tədbirlər görülüb. Hazırda onunla ünsiyyətdə olan insanlar araşdırılır.

Xidiskuri kəndində cəmi 21 ailə yaşayır və hamısı özlərini təcrid edib.

Bundan əvvəl, Kobuleti bələdiyyəsinin (Acarıstan bölgəsi) dörd kəndində - Gvara, Muxaestat, Legva və Tskavrokada ciddi karantin tətbiq edilib. Karantinin tədbiq olunmasına səbəb orada yoluxmanın aşkarlanması olub.

Lentexi və Tsagerinin girişində də sərt karantin və nəzarət nöqtələri qurulub, burada da infeksiya mənbələri müəyyən edilib.

Bizimlə əlaqə saxlayın