01 
Iyn
2021
10:25
354

Təhsil naziri uşaqları təbrik etdi

Gürcüstanın Təhsil və Elm naziri Mixeil Çxenkeli bütün uşaqları Beynəlxalq Uşaqlar Günü münasibətilə təbrik edib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Təhsil və Elm Nazirliyinin rəsmi feysbuk hesabında qeyd olunub.

Nazir Təhsil və Elm Nazirliyinin uşaqların rifahı üçün çalışmalarını davam etdirdiyini qeyd edib.

Onun sözlərinə görə, savadlı gələcək nəsil ölkənin düzgün inkişafı üçün ən yaxşı sərmayədir.

“Bu gün dünyada uşaqları qoruma günü qeyd olunur. Bu gün bütün uşaqları və onların valideynlərini təbrik etmək istəyirəm, arzularının reallaşması və xoşbəxt bir gələcək arzulayıram!

Uşaqlar bizim əsas qayğımızdır. İnkişafları üçün sağlam və təhlükəsiz bir mühit yaratmaq, onlara daha yaxşı bir gələcək vermək hər birimizin borcudur.

Uşaqların təhsil və sağlam həyat üçün bərabər imkanları olmalıdır. Təhlükəsiz və dinc bir mühitdə böyüyən təhsilli nəsil daha yaxşı bir cəmiyyət qurmaq və ölkənin düzgün inkişafı üçün ən yaxşı sərmayədir.

Keçən il və bu gün, Beynəlxalq Uşaqlar Gününü koronavirus pandemiyası səbəbindən xüsusi şərtlərlə qarşılayırıq. Görünməmiş çətinliklər dövründə uşaqların təhsillərini davam etdirmələri üçün əlimizdən gələni əsirgəmədik. Bu çərçivədə müəllimlərin səylərini vurğulamaq və onlara bir daha təşəkkür etmək istəyirəm.

Təhsil və Elm Nazirliyi uşaqların rifahı naminə fəal işlərini davam etdirir və gələcəkdə də davam etdirəcək. Uşaqların təhlükəsiz, dinc və pozitiv bir mühitdə öyrənməsi, keyfiyyətli bir təhsil və özünü dərk etmə fürsəti qazanmaları üçün əlimizdən gələni edəcəyik", - dedi Mixeil Çxenkeli.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər