01 
Iyn
2021
10:01
2768

Azərbaycanda qalan Gürcüstan vətəndaşları vətənə necə gələ bilər?

Artıq 2 ilə yaxındır ki, dünyanı öz cənginə alan koronavirus pandemiyası səbəbindən dolayı ölkələr arası həm quru həm də hava sərhədləri bağlı idi. Koronavirusa qarşı peyvənd hazırlanıb ölkələrə paylandıqdan və dünya əhalisinə peyvənd vurulduqdan az bir müddət sonra yavaş- yavaş bəzi ölkələr arası hava sərhədi açılmağa başladı, ancaq müəyyən şərtlər altında- mənfi cavabı təsdiq edən PCR test sənədi və 2 doza vurulmuş peyvəndi təsdiq edən sənəd. Hava sərhədindən sonra quru sərhədlərdə də hava sərhədində olduğu kimi müəyyən şərtlər altında qaydalar yumşaldılmağa başladı. Quru sərhədləri açan ölkələr sırasına Gürcüstan da daxil oldu.

InterPress.ge xəbər verir ki, bu gündən yəni 1 iyun tarixindən Gürcüstan öz quru sərhədlərini açmağa və bununla bağlı tətbiq olunmuş qaydaları yumşaltmağa qərar verdi.

Bəs Azərbaycandan quru sərhədlə Gürcüstana daxil olmaq istəyən Gürcüstan vətəndaşları nə etməlidirlər?

Biz InterPress.ge xəbər portalı olaraq bu mövzuda Gürcüstanın Azərbaycandakı Konsulluğu ilə əlaqə saxladıq. Gürcüstanın Azərbaycandakı Konsulu Natia Çereteli bizimlə telefon danışığı zamanı qeyd etdi ki, Azərbaycandan hava sərhədi ilə ölkəyə daxil olmaq üçün Gürcüstan vətəndaşları müəyyən sənədi təqdim etməlidirlər.

"Azərbaycandan hava sərhədi ilə Gürcüstana daxil olmaq istəyən vətəndaşlar 72 saatlıq PCR testin mənfi cavabını sərhəddə təqdim etməlidirlər. Ölkəyə daxil olduqdan 3- cü gün öz hesablarına yenidən PCR test verməlidirlər"- Natia Çereteli.

Bizim "hava sərhəddinə tətbiq olunan bu şərtlər sabahdan etibarən quru sərhəddə də şamil olunacaqmı?" sualına isə o, "bununla bağlı məlumatımız yoxdur" deyə cavab verdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər