Bu gündən, iyunun 1-dən etibarən quru sərhədləri açılır.
InterPress.ge xəbər verir ki, müvafiq qərar İdarələrarası Koordinasiya Şurası tərəfindən 25 may tarixində qəbul edilib.
Sərhədi keçmək tam peyvəndləmə sertifikatı və mənfi PCR testi ilə və ya yalnız son 72 saatda keçirilmiş mənfi PCR testi nəticəsi ilə mümkün olacaq.
