31 
May
2021
16:10
2467

Mərkəz rəhbəri açıq havada maskanın nə vaxt qaldırıla biləcəyini açıqladı

İyun ayından sonra maskadan istifadənin yalnız böyük və qapalı yerlərdə məcburi olacağını istisna etmirəm.

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzinin rəhbəri Amiran Qamğrelidze veb seminarda açıqlama verdi.

Onun sözlərinə görə, əhali, məsələn nəqliyyat dayanacaqlarında və çox insanın hərəkət etdiyi böyük küçələrdə istifadə etmək məcburiyyətində qalacaq.

“Qonşularımızı müqayisə etsək, oradakı epidemiya vəziyyəti bu mərhələdəki vəziyyətimizdən yaxşıdır. Onlar üçüncü dalğanı daha əvvəl keçmişdilər. Maska taxma ehtiyacını mütləq şəklində qoyuruq, çünki hal- hazırda da yeni yoluxma hallarının sayı yüzlərlədir. Maska infeksiyanın yayılmasının qarşısını almaq üçün ən asan və ən güclü yol olduğuna görə, bu günki gündə də maskadan istifadəni qüvvədə saxlayırıq. Bu barədə çox müzakirə var, amma yenə də düşünürəm ki, maskanı hələ çıxarmamalıyıq. Bununla yanaşı, bunun yalnız avtobus dayanacaqları, Tbilisidəki Rustaveli prospekti, eləcə də Batumi Bulvarı və s. kimi böyük küçələrdə məcburi ola biləcəyi barədə söhbətlər var. Ancaq hələ də düşünürəm ki, maska taxma müəyyən bir müddət, məsələn iyun ayında, əhali üçün lazımlı bir atribut olacaq"- dedi Qamğrelidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər