Hökümətin qərarına əsasən, Gürcüstan vətəndaşlarının vətənlərinə qayıtması üçün iki yeni xüsusi reysi planlaşdırılıb.
InterPress.ge xəbər verir ki, bu haqda Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN rəhbəri Davit Zalkalianinin sözlərinə görə, İdarələrarası Şuranın bugünkü iclasında verilən qərarla 30 aprel və 2 may tarixlərində mövcud reyslərə Tbilisi-Madrid-Tbilisi və Tbilisi-Praqa-Tbilisi reysləri əlavə edildi.
