"Gürcüstan Vətəndaşlığı haqqında" Üzvi Qanuna dəyişkliklər edildi
Gürcüstan vətəndaşlığının qorunması, bərpası, xüsusi qaydada verilməsi və müəyyən edilməsi üçün son tarix 31 dekabr 2022-ci ilə qədər uzadılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Xidmətlərinin İnkişaf Agentliyinin məlumatında deyilir.
Müvafiq dəyişikliklər "Gürcüstan Vətəndaşlığı haqqında" Üzvi Qanuna daxil edilmişdir.
Dövlət Xidmətlərinin İnkişafı Agentliyindən bildirildiyinə görə, aşağıdakı şəxslərin Gürcüstan vətəndaşlığı qorunacaq:
1. Başqa bir ölkənin vətəndaşlığını almadan əvvəl Gürcüstan vətəndaşlığını qorumaq üçün dövlətin razılığını alarsa;
2. Əgər o, artıq başqa bir ölkənin vətəndaşıdırsa, lakin Gürcüstan vətəndaşı statusuna hələ xitam verilməyibsə, 31 dekabr 2022-ci il tarixinədək Gürcüstan vətəndaşlığını saxlamağı xahiş etmək imkanı var.
Gürcüstan vətəndaşlığını bərpa etdirə biləcəklər:
• Başqa bir ölkənin vətəndaşlığını aldıqdan sonra Gürcüstan vətəndaşlığını itirmişsə və 31 dekabr 2022-ci il tarixə qədər vətəndaşlığın müvəqqəti bərpası tələbi ilə Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişaf Agentliyinə müraciət edərsə. Bu halda gürcü dilində müvafiq test verməlidir.
• Qanunvericilik dəyişikliklərinə görə, yetkinlik yaşına çatmayan şəxs üçün Gürcüstan vətəndaşlığını bərpa etmək valideynin Gürcüstan vətəndaşlığını bərpa etməsi halında mümkündür.
Xüsusi qayda ilə şəxsə Gürcüstan vətəndaşlığı veriləcəkdir:
Gürcüstan vətəndaşı kimi təsbit olunmayan, ancaq Gürcüstanda anadan olan şəxs, Gürcüstan vətəndaşlığının xüsusi qayda ilə verilməsi barədə müraciətini Dövlət Xidmətlərinin İnkişaf Agentliyinə təqdim edə bilər. Qeyd olunan şəxs dövlət dilində, Gürcüstan tarixi və hüquq əsaslarında test edilməlidir.
Gürcüstan vətəndaşılığı 31 mart 1993-cü il tarixinədək doğulmuş şəxs üçün müəyyən edilir, əgər:
• 31 Mart 1975-ci il tarixinədək anadan olmuşsa, 31 Mart 1993-cü ilədək və bundan əvvəl beş il ərzində Gürcüstan ərazisində yaşamış və başqa bir ölkənin vətəndaşlığını almamışsa;
• 31 Mart 1975-ci ildən sonra anadan olmuş, 31 Mart 1993-cü ilədək Gürcüstanda yaşamış və başqa bir ölkənin vətəndaşlığını qəbul etməmiş;
• Gürcüstan ərazisində anadan olub, 21 dekabr 1991-ci ildən sonra Gürcüstan ərazisini tərk edən və başqa bir ölkənin vətəndaşlığını almamış şəxs.
“Dəyişikliklər vətəndaşlar üçün müvafiq prosedurların sadələşdirilməsinə yönəlib. Qanunvericilik təşəbbüsü vətəndaşların yüksək müraciət səviyyəsi ilə şərtləndirildi.
Təkcə keçən il ümumilikdə 7123 Gürcüstan vətəndaşı vətəndaşlığı qoruma, bərpa, xüsusi qayda ilə vətəndaşlıq vermə və müəyyən etmə tələbi ilə Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişaf Agentliyinə müraciət etdi", - deyə məlumatda qeyd olunub.


