31 
May
2021
10:31
317

İstintaq xidməti bəyanat yayır

Gürcüstanın Maliyyə Nazirliyinin istintaq xidmətinin məlumatına görə, nazirlik saxta dezinfeksiyaedici məhlulların aşkarlanması üzrə tədbirlərin həyata keçirilməsinə davam edir.

InterPress.ge xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, keçirilən axtarış istintaq tədbirləri nəticəsində 2 şirkətin 2 rəhbərinə cinayət işi açılıb.

"İstintaqla təsdiq olundu ki, cinayətdə şübhəli bilinən şirkət rəhbərləri Mçxeta bələdiyyəsinin Çilkani kəndində və Tbilisidə müxtəlif ünvanlarda yerləşən mağazalarda və emalatxanalarda qanunsuz gəlir əldə etmək məqsədilə sistematik şəkildə müxtəlif həcmdə dezinfeksiyaedici vasitələrin hazırlanması və satılmasını həyata keçirirdilər.

Məhkəmə qərarına əsasən müəssisələrdə və satış obyektlərində aparılan axtarışlar nəticəsində külli miqdarda dezinfeksiyaedici məhlullar götürülmüşdür. Ekspertiza ilə təsdiq olundu ki, sözügedən şirkətlər tərəfindən hazırlanmış bu məhlulların tərkibi dəyişdirilmiş, məhsul etiketdə verilmiş məlumatlara uyğun deyil və xəstəliklərə nəzarət və milli səhiyyə mərkəzi tərəfindən verilmiş gigiyenik tələbatlara cavab vermir.

İstintaq Gürcürcanın Cinayət Məcəlləsinin 197- ci maddəsinin birinci hissəsinin və 197 1 maddəsi ilə aparılır. Cinayət 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur"- Maliyyə Nazirliyinin istintaq xidmətinin məlumatında qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər