Vahid Milli Hərəkat partiyası Şarl Mişelin sənədini imzalamır
"Avropa vasitəçiliyi ilə təklif olunan sənədi imzalamamağa qərar verdik".
InterPress.ge xəbər verir ki, bu barədə Vahid Milli Hərəkatın sədri Nika Melia açıqlama verib.
Onun sözlərinə görə, müqavilədə qətiliklə qəbuledilməz bir maddə var.
"Avropa vasitəçiliyi ilə təklif olunan sənədi imzalamamağa qərar verdik, ancaq Avropa Birliyinə, şəxsən Prezident Mişelə, Danielsona, Kelly Deqnana və Karl Harçelə xüsusi təşəkkür edirəm. Bu müqavilədə qətiliklə qəbuledilməz bir maddə var və bütün bunları nəzərə alaraq bu sənədi imzalamayacağıq, lakin əlbəttə ki, digər məsələlərdə, qanunverici məsələlərin həllində tam iştirak edəcəyik"- Nika Melia.
Məlumat üçün bildirək ki, "Birləşmiş Milli Hərəkat" Gürcüstan Parlamentinə daxil oldu.


