30 
May
2021
13:09
598

İkinci gündür ki, Rustavidə kanala düşən kişi axtarılır

Rustavi "Azot"un yaxınlığındakı kanalda, ikinci gündür ki, 50 yaşlı kişinin axtarışı davam edir.

InterPress.ge xəbər verir ki, axtarış işlərinə Rustavi və Tbilisi Təcili Yardım Xidmətlərindən 40-a qədər xilasedici, habelə 2 dalğıc cəlb olunub.

Ailə üzvlərinin dediklərinə görə, kişi balıq ovu üçün gedib və daşmış kanalda gözdən itib.

Kişinin axtarışını həyata keçirmək üçün kanaldakı suyun səviyyəsi süni şəkildə endirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər