1 USD =
3.1112 GEL
1 EUR =
3.6653 GEL
1 TRY =
0.3615 GEL
100 RUB =
4.2817 GEL
1 AZN =
1.8283 GEL
30 
May
2021
10:10
192

Tərəvəz ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaldır

Edit Kouen Universiteti (ECU) tərəfindən aparılan yeni araşdırma göstərib ki, gündə bir fincan nitratla zəngin tərəvəz yeməklə ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaltmaq olar.

Araşdırma üçün Danimarkada yaşayan 50 mindən çox insanın məlumatlarından istifadə edilib. Onlar üzərində 20 ildən çox müddət ərzində müşahidələr aparılıb.

Alimlər nitratla zəngin tərəvəz yeyən insanlarda sistolik qan təzyiqinin təxminən 2,5 mm civə sütununa düşdüyünü aşkar ediblər.

Aparıcı müəllif, ECU Qidalanma Tədqiqat İnstitutundan doktor Ketrin Bondonno, pəhrizin ürək xəstəliklərinin qarşısının alınması üçün müəyyən edən amil olduğunu qeyd edib. "Bizim nəticələrimiz göstərib ki, gündə sadəcə bir fincan nitratla zəngin çiy tərəvəz yeyərək, insanlar ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azalda bilər", - deyə Ketrin Bondonno vurğulayıb. "Ən böyük risk azalması periferik arteriya xəstəliyi ilə əlaqədar idi (26 faiz)".

Bizimlə əlaqə saxlayın