13 
Apr
2020
13:48
1866

Gürcüstanda aprel ayının 17-nə qədər olan hava şəraiti açıqlanıb

Aprelin 13-dən 15-nə qədər ölkənin əksər hissəsində hava isti və yağışlı olacaq. Havanın temperaturu gün ərzində Gürcüstanın qərb dağlıq ərazilərində +19, +24, şərq Gürcüstanın dağlıq ərazilərində isə +17, +22 dərəcə isti təşkil edəcək.

InterPress.ge xəbər verir ki, bu haqda Ətraf Mühitin Milli Agentliyi məlumat yayır.

"Aprelin 15-də günün sonundan aprelin 16-dək ikinci yarısında yağışlı hava gözlənilir, qərbdən külək güclənəcək, havanın temperaturu +10, +15 dərəcəyə enəcək. 17 apreldən etibarən yenidən yüksələcək və istiləşəcək.

Tbilisidə isə aprelin 13-15-də yağış yağacağı gözlənilir. Temperatur +18, +20 dərəcə olacaq. Aprelin 16-da yağış yağacaq, güclü şimal-qərb küləkləri əsəcək. Hava istiliyi +13, +15 dərəcə enəcək. Aprelin 17-dən etibarən isə hava isti və yağmursuz keçəcək ", - Milli Ətraf Agentliyi tərəfindən verilən məlumata bildirilir.

Bizimlə əlaqə saxlayın