28 
May
2021
13:53
360

Gürcüstanın NATO-dakı keçmiş səfiri Qiorqi Qaxarianın partiyasının üzvü olacaq

Gürcüstanın NATO-dakı keçmiş səfiri Levan Dolidze Qiorqi Qaxarianın partiyasının üzvü olacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Levan Dolidze jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, keçmiş Baş nazir Qiorqi Qaxaria komandasının yaradılması ilə ölkədə mövcud problemləri həll etmək üçün bir şans var.

“Qiorqi Qaxaria-nın yanında olma qərarımı birmənalı şəkildə təsdiqləmək istəyirəm. Qiorqi Qaxaria-nın siyasi partiyasının qurulması ilə bu ölkədə həqiqətən siyasi spektrin radikalizmə deyil, təcavüzə deyil, bu gün vətəndaşlarımızı ən çox narahat edən spesifik problemlərin həllinə yönəlmə şansı olduğunu düşünürəm. Eyni zamanda Qiorqi Qaxaria və onun siyasi komandasının uğurlarının siyasi spektr və ətraf mühit üçün, xüsusən də ölkəmizin inkişafı üçün çox faydalı olacağına əminəm. Bu qərarı verməyimə səbəb olan əsas amillər bunlardır və bu prosesdəki rolum və iştirak şəklim necə olacaq, təbii ki, bunu zaman göstərəcək və yaxın gələcəkdə öyrənəcəksiniz” , - dedi Dolidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər