28 
May
2021
12:24
987

Qanunsuz balıq tutan şəxslər saxlanıldı

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları Kaxetidə 4 qanunsuz balıq ovu hadisəsini aşkar ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentindən məlumat verilib.

Məlumata görə, Ğvareli və Laqodexi bələdiyyələrinin kəndləri yaxınlığında vətəndaşlar balıq tutmaq üçün qanunla qadağan edilən elektroşok cihazları və torlardan istifadə ediblər.

“Dedoplicğaro bələdiyyəsində də qanunsuz balıq ovu faktı aşkar edildi. Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları patrul xidməti apararkən, içərisində elektroşok cihazı, balıq toru, enerji mənbəyi (batareya) və 3 kq qanunsuz olaraq yığılmış balıq olan şişmə qayıq aşkar etdilər. Cinayətkar hadisə yerində olmayıb. Ətraf Mühitə Nəzarət Departamentinin Kaxeti Regional Bölməsinin əməkdaşları müvafiq akt tərtib etdilər. Dörd faktın hamısında cinayət əməli əlamətləri var. Materiallar əlavə tədbirlər üçün müvafiq quruma göndəriləcək ”, - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın