Çulukiani Qaxaria ilə bağlı: "Onun hələ yüksək ixtisaslı bir komandaya sahib olduğunu görmürəm"
"Düşünürəm ki, bir çox maneəni aşmalı və müvəffəq olmaq üçün çox çalışmalı olacaq, çünki onun hələ yüksək ixtisaslı bir komandaya sahib olduğunu görmürəm".
InterPress.ge xəbər verir ki, bu barədə Mədəniyyət Naziri Tea Çulukiani keçmiş Baş nazir Qiorqi Qaxarianın yeni partiyasının təqdimatı ilə bağlı fikirlərini jurnalistlərlə paylaşarkən qeyd edib.
Çulukiani, Qaxariyanın ətrafında peşəkar komanda görmədiyini söyləyir.
“Dəfələrlə demişəm və bir daha qeyd edim ki, qərarının onun üçün çox səhv və zərərli olduğunu düşünürəm. Onun siyasətdə yer tuta biləcəyini düşünmürəm. Fikrimcə, o, bir çox maneəni aşmalı və müvəffəq olmaq üçün çox çalışmalı olacaq, çünki onun hələ yüksək ixtisaslı bir komandaya sahib olduğunu görmürəm"- Tea Çulukiani.
Xatırladaq ki, Qiorqi Qaxariya yeni partiyasının təqdimatını sabahkı tarixə planlaşdırıb.


