27 
May
2021
22:13
585

Gürcüstanda koronavirusun Hindistan ştammı təsdiqləndi

Gürcüstanda koronavirusun Hindistan ştammı təsdiqlənib.

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzindən məlumat verilib.

Məlumata görə, Hindistan ştammı xarici ölkədən gələn 5 nəfərdə təsdiqlənib.

"Xatırladaq ki, Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzi səlahiyyətləri daxilində ölkədə dolaşan SARS-CoV-2 ştammlarının yayılmasına nəzarət edir.

Epidemioloji nəzarətin bir hissəsi olaraq, PCR tədqiqatları və ölkəyə daxil olan 5 səyahətçidən götürülmüş nümunə nəticəsində bu şəxslərin Hindistan SARS-CoV-2 ştammına yoluxduqları müəyyən edilmişdir.

Bütün yoluxanlar müəyyənləşdirilib və təcrid olunub.

Onlar Gürcüstana fərqli tarixlərdə, eyni ölkədən giriblər, lakin fərqli ölkələrin vətəndaşlarıdırlar.

Onlardan üçü artıq ölkəni tərk edib.

Epidemioloqların sözlərinə görə onların klinik vəziyyətləri qənaətbəxşdir" , - Xəstəliklərə Nəzarət Milli Mərkəzinin məlumatında qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər