Gürcüstanda koronavirusdan sağalanların sayı 67 nəfərə çatdı
Gürcüstanda koronavirusdan müalicə olunanların sayı 67 nəfərə çatdı.
InterPress.ge xəbər verir ki, bu barədə StopCoV hökumət saytında məlumat verilib.
"Sağalmış insanların sayı artdı - səhər 63, indi 67 oldu. Bunlardan dördü bizim xəstələrimizdir" dedi Tiflisin Mərkəzi Yoluxucu Xəstəxanasının tibb direktoru Marina Ezugbaya.
ÜST-dən bildirilir ki, orta hesabla, koronavirusa yoluxmuş bir xəstə 20 gündə tam sağala bilər. Xəstəxanalardan xəstələr yalnız 24 saat fərqlə aparılan iki testin mənfi nəticələrini aldıqdan sonra buraxılırlar. Xəstəxanadın tərk etdikdən sonra bir insanın iki həftə özünü təcrid rejimində keçirməsi tələb olunur.
Qeyd edək ki, Hal hazırda 183 koronavirus xəstəsi klinikalarda müalicəsini davam etdirir. 4 925 nəfər karantində, 401 nəfər isə həkimlərin nəzarəti altındadır.


