Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili vətəndaşları Müstəqillik Günü münasibətilə təbrik edib.
InterPress.ge xəbər verir ki, bu barədə Ğaribaşvili sosial şəbəkədə yazıb.
“Bu gün Gürcüstanın Müstəqillik Günüdür. Bu gün, keçmişimiz, bu günümüz və gələcəyimizdir. Sevdiyimiz, qürur duyduğumuz və birləşdiyimiz bir gündür.
Müstəqillik gününüz mübarək”, - Baş naziri sosial şəbəkədə yazıb.
1991-ci ildən, Gürcüstan 26 May Müstəqillik Gününü qeyd edir.
