26 
May
2021
10:26
376

Bu gün Gürcüstan Müstəqillik Gününü qeyd edir

Bu gün, 26 may tarixində, Gürcüstan Müstəqillik Gününü qeyd edir.

InterPress.ge xəbər verir ki, Milli Şuranın qərarı ilə 26 may 1918-ci ildə Gürcüstan müstəqil bir respublika elan edilib.

Noe Jordania Respublikanın sədri seçilib. 26 may 1918-ci ildə "Gürcüstan Dövlət Müstəqillik Aktı" qəbul edilib. Müstəqilliyi qabaqcıl Avropa ölkələri tərəfindən tanınan Gürcüstan Demokratik Respublikası Sovet Rusiyası tərəfindən işğal edildikdən üç il keçməmiş mövcudluğunu dayandırıb.

Gürcüstan 70 ildən sonra, 9 aprel 1991-ci ildə müstəqilliyini bərpa edə bilib.

Azadlıq Meydanında Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçiriləcək. Bu təntənəli gündə Döyüş Təlim Mərkəzinin 247 əsgəri hərbi and içəcək və Gürcüstan Müdafiə Qüvvələrinin həqiqi üzvü olacaq. And mərasimindən sonra ölkənin öndə gedən şəxsləri çıxış edəcək. Tədbirdə Polşa Prezidenti Andjey Duda da iştirak edəcək.

Bizimlə əlaqə saxlayın