25 
May
2021
22:48
627

Tbilisidə sabah parad keçiriləcək - FOTO

Azadlıq meydanında Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbirə hazırlaşırlar.

InterPress.ge xəbər verir ki, Gürcüstanın Müstəqillik Günündə and içmə mərasimi keçiriləcək.

Müdafiə Qüvvələrinin Başçısı Qiorqi Qoqogurinin qeyd etdiyinə görə, sabah 247 əsgər and içəcək. Tbilisidən əlavə, əsgərlər beş bölgədə and içəcəklər.

"İlk öncə 26 may münasibəti ilə bütün Gürcüstanı xüsusilə də Müdafiə Qüvvələrinin şəxsi heyətini təbrik etmək istəyirəm, çünki Müdafiə Qüvvələri ölkənin suverenliyinin qorunmasını təmin edir. Bununla yanaşı, sabah 247 çağırışçı təntənəli şəraitdə and içəcək. Pandemiya səbəbi ilə 26 May tədbiri bu il çox təvazökar bir şəkildə keçiriləcək. Tədbir Su-25 növlü qırıcı təyyarələrinin uçuşu ilə başa çatacaq"- dedi Qiorqi Qoqoguri.

And içmə mərasimindən sonra ölkənin birinci şəxsləri çıxış edəcəklər. Tədbirdə Polşa Prezidenti Andjey Duda da iştirak edəcək.

Tədbirdən sonra cənazəsi 22 may tarixində Fransadan Gürcüstana gətirilən Gürcüstan Respublikasının birinci Baş Komandanı, Gürcüstanın Milli Qəhrəmanı, general Qiorqi Kvinitadze hərbi şərəflə dəfn ediləcək.

Günün sonunda Zakaria Paliaşvili adına Opera və Balet Teatrında qala konsert keçiriləcək.

1991-ci ildən bəri, Gürcüstan 26 May Müstəqillik Gününü qeyd edir.

Bizimlə əlaqə saxlayın