Qamğrelidze açıq məkanlarda maska taxmaq qaydasının götürülməsi üçün yeganə yolu açıqladı
Açıq məkanlarda maska taxmaq qaydasının götürülməsi üçün əhalinin ən azı 20% - i peyvənd olunmalıdır.
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze Koordinasiya Şurasının iclasından sonra keçirilən brifinqdə açıqlama verib.
Onun sözlərinə görə, iyun ayının ortalarında ölkədə 70.000-ə dək vətəndaş iki dəfə peyvənd olunmuş olacaq.
“Bugünkü göstəricilərə görə, ümumilikdə 17 min vətəndaşın iki dəfə peyvənd olunduğunu düşünürəm, iyun ayının ortalarında isə 60-70 min vətəndaş iki dəfə peyvənd olunacaq və bu məsələ daha da aktuallaşacaq. Əmək Müfəttişliyi işləyir. Yaşıl dəhlizlərə, restoranlara, yaşıl sahələrə və bu kimi yelərə iki dəfə peyvənd olunmuş şəxslər sərbəst şəkildə daxil ola biləcəklər”- Amiran Qamğrelidze.


