25 
May
2021
11:04
3075

Marneulidə qonşusunu öldürən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin əməkdaşları isti təqib ilə keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində keçmiş məhkum 1990-cı il təvəllüdlü A.M.-nı qəsdən adam öldürmə ittihamı ilə saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

İstintaq müəyyən edib ki, alkoqolun təsiri altında olan təqsirləndirilən şəxs Marneuli şəhərində, mübahisə zəminində, qonşusu olan - 1998-ci il təvəllüdlü R.Q.-ya soyuq silahdan istifadə edərək xəsrətlər yetirib və gizlənib. Yaralı şəxs yerindəcə ölüb.

Polis hadisədən bir müddət sonra şübhəlini saxlayıb.

Qəsdən adam öldürmə faktı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə araşdırılır.

Cinayət 7 ildən 15 ilədək həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın