25 
May
2021
10:44
496

Avtomobil nömrələrini saxtalaşdırdığı üçün bir nəfər ifşa olundu

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları keçirilmiş əməliyyat-istintaq və axtarış tədbirləri nəticəsində saxta rəsmi sənəd hazırlamaq və satmaq faktı ilə əlaqədar bir nəfəri ifşa edib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı İstintaq Xidməti yayır.

"İstintaq müəyyən etdi ki, cinayətdə ifşa olunan şəxs Batumidə şirkətlərdən birinin maddi və texniki vasitələrindən istifadə edərək, 2020-ci ilin noyabrından 2021-ci ilin may ayına qədər müxtəlif maraqlı şəxslərə saxta avtomobil dövlət nömrə nişanları düzəldib və satıb.

İstintaq tədbirləri nəticəsində ümumilikdə 23 ədəd nəqliyyat vasitəsi qeydiyyatının saxta nömrə nişanı götürülüb”, - bildirilib İstintaq Xidmətindən.

Qurumdan verilən məlumata görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 362-ci maddəsinin ikinci hissəsi ilə davam etdirilir ki, bu da 3 ildən 6 ilədək müddətdə azadlıqdan məhrum etməyi nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın