Bu gün Gürcüstanda günün ikinci yarısından 26 may günün sonunadək və Kaxeti bölgəsində 27 may günün ikinci yarısınadək şimşək çaxacağı və yağış yağacağı gözlənilir.
InterPress.ge xəbər verir ki bu barədə Milli Ətraf Mühit Agentliyindən məlumat verilib.
Məlumata görə, Şərqi Gürcüstanın və Qərbi Gürcüstanın dağlıq bölgələrində yağış yağacaq, dolu düşəcək və güclü külək olacaq.
"Gözlənilən güclü yağışlar Gürcüstan çaylarında suyun səviyyəsini xeyli artıra bilər, kiçik çaylarda daşqınlar yarana bilər, ölkənin dağlıq ərazilərində isə sürüşmə prosesinin yaranmasına-aktivləşməsinə səbəb ola bilər" , - deyə məlumatda deyilir.
