Marneulidə Gürcüstanın və Azərbaycanın Respublika Günlərinə həsr olunan Kikboksinq turniri keçiriləcək
Marneulidə Gürcüstanın və Azərbaycanın Respublika Günlərinə həsr olunan Kikboksinq turniri keçiriləcək.
InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı Səfirliyi məlumat yayır.
"2021-ci ilin 26-28 may tarixlərində Marneuli şəhərində yerləşən Ata Holdinq binasında Gürcüstanın və Azərbaycanın Respublika Günlərinə həsr olunan Kikboksinq üzrə Gürcüstanın yeniyetmə və gənclərindən ibarət dostluq turniri keçiriləcək.
Turnirdə Gürcüstanın 18 şəhərindən 15 çəki kateqoriyası üzrə 150 idmançı iştirak edəcək.
Turnirin açılış mərasimi 26 may tarixində ilk Demokratik Gürcüstan Respublikasının və final qarşılaşmalarının, həmçinin mükafatlandırma mərasiminin isə mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi tarixdə keçiriləcək"- məlumatda bildirilir.
Azərbaycanın Gürcüstandakı Səfirliyi soydaşlarımızın bu əlamətdar hadisənin şahidi ola bilmələri üçün 28 may tarixində “AtaHoldinq” binasının qarşısında qurulacaq həm böyük ekran vasitəsi ilə, həmdə idman zalının daxilindən final qarşılaşmalarını və konsert proqramını izləməyə dəvət edir.


