Parlamentdə "Əfv haqqında" təşəbbüsün ləğv olunması tələb olunur
Parlamentdə "Əfv haqqında" təşəbbüsün ləğv olunması tələb olunur.
InterPress.ge xəbər verir ki, tələb müxalifətçi millət vəkili Ana Naçvlişvili tərəfindən irəli sürülüb.
Naçvlişvili tələblə Parlamentin insan haqlarının müdafiəsi komitəsinin iclasında çıxış edib və qeyd edib ki, Parlamentə təqdim edilən qanunvericilik təşəbbüsü İnsan Haqları Müdafiəsinin Avropa Konvensiyasını pozur.
Naçvlişvilinin qiymətləndirməsinə görə, əgər Komitə təşəbbüsü dəstəkləyərsə, öz funksiyasını ləğv etmiş olar.
Bu çərçivədə Naçvlişvili, "Əfv haqqında" Parlament çoxluğunun layihəsini tənqid etdi və bildirdi ki, hakim komanda 19-20 İyun hadisələrində baş verənləri araşdırmadan sözügedən təşəbbüsü qəbul etməyə hazırlaşır. Komitə prokuroru, xalq müdafiəçisini və zərərçəkənləri dinləməlidir.
"Əks təqdirdə, təqdim olunan əfv layihəsi, mitinqdə insanlara atəş açılması üçün yaşıl işığı yandırmaqdır"- Ana Naçvlişvili.
Ana Naçvlişvilinin tələbi və qiymətləndirməsi, "Gürcü Arzusu"nun millət vəkilləri tərəfindən tənqid olundu. Parlamentin çoxluq üzvləri isə müxalifətçi həmkara "Şarl Mişel tərəfindən hazırlanan sənəddə Lelo partiyasının nələrə imza atdığını bilirdimi" sualını ünvanlayıb.


