24 
May
2021
11:55
612

İrakli Ğaribaşvili: "Milli Hərəkat" çox çətin vəziyyətdədir"

"Milli Hərəkat" çox çətin vəziyyətdədir".

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Ğaribaşvili bildirib.

Ğaribaşvilinin izah etdiyinə görə, qeyd edilən partiyanın parlamentə girib-girməməsi, onlar üçün eyni dərəcədə problemlidir.

"Həqiqətən bu radikal qrup - "Milli Hərəkat" haqqında danışmaq istəmirəm. Soruşduğunuza görə, deyə bilərəm ki, çox çətin vəziyyətdədirlər - 6 ay ərzində guya seçkilərin saxtalaşdırıldığını iddia edirdilər və s. Sonra məlum oldu ki, AB-nin vasitəçiliyi ilə hazırlanan sənədi imzaladılar, bunu imzalamaqdan başqa bir yolları, çıxışları yox idi. İndi çox çətin bir vəziyyət ilə qarşı-qarşıyadırlar. Parlamentə daxil olmaları və olmamaları onlar üçün eyni dərəcədə problemlidir, çünki özlərini belə bir çıxılmaz vəziyyətə elə özləri saldılar",- bildirib Ğaribaşvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər