24 
May
2021
10:08
343

Bu gündən "Sinovak"la peyvəndləmə prosesi başlayır

Çin istehsalı olan "Sinovak" ilə koronavirusa qarşı peyvəndləmə prosesi bu gündən başlayır.

InterPress.ge xəbər verir ki, Səhiyyə Nazirliyinə görə, Çin istehsalı olan Sinovak peyvəndi, Sinofarm peyvəndi kimi, ənənəvi üsulla hazırlanmiş, virus metodologiyasına əsaslanan, 18 yaşdan yuxarı insanlar üçün istifadə olunan bir peyvənddir.

"Peyvənd üçün lazım olan 2 doza 21 günlük fasilələrlə edilir. Rəsmi məlumatlara görə, 260 milyon doza "Sinovac" peyvəndi müxtəlif ölkələrə çatdırılıb. Sinovak peyvəndi İmmunlaşdırma üzrə Strateji Qrupu tərəfindən müsbət qiymətləndirildi. COVID-19 peyvəndi, infeksiyaya qarşı təsirli və təhlükəsiz bir qoruma vasitəsidir. Ümumdünya Səhiyyə Təşkilatı, ictimai səhiyyə agentlikləri və ixtisaslı həkimlər COVID-19-a qarşı peyvənd edilməsini tövsiyə edirlər ”deyə agentliyin açıqlamasında bildirilir.

Nazirlik eyni zamanda peyvənd qeydiyyat portalını (https://booking.moh.gov.ge/) və qeyd təlimatlarını (https://fb.watch/4c2mI8hKtj/) yayımlayır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər