23 
May
2021
14:09
2731

Marneuli bələdiyyəsində ev qarət olundu - FOTO

Marneuli bələdiyyəsində oğurluq hadisəsi baş verib.

InterPress.ge xəbər verir ki, bir neçə gün öncə Aşağı Saral kəndində Orucovlar ailəsinə məxsus ev qarət olunub.

Zərərçəkmişlərin yaxınlarının verdiyi açıqlamaya görə, evdən oğurluq hadisəsi birinci dəfə deyil, keçən il də bənzər hadisə yaşanıb. Hadisənin bir neçə gün öncə baş verməsinə baxmayaraq, dünən məlum olub.

Onların sözlərinə görə, ev sahibləri Türkiyədə yaşadığından evdə başqa heç kim yaşamır. Birinci dəfə evdən 4- 5 min lari dəyərində, bu dəfə isə 3500 lari dəyərində ev əşyaları və geyimlər oğurlanıb.

Qohumların qeyd etdiklərinə görə, polislər evə baxış keçirdikdən sonra hüquq mühafizə orqanları tərəfindən iş aparılmır.

Polis faktla bağlı araşdırmaya başlayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər