InterPress.ge xəbər verir ki, bu haqda məlumatı jurnalistlərə Respublka Xəstəxanasının direktoru Levan Qopodze verib..
Onun sözlərinə görə, Respublika Xəstəxanasında hazırda 47 xəstə var. Onlardan dördünün koronavirus xəstəliyi təsdiqlənib.
“İnfeksiyaya yoluxan ana-uşaq Milli Bank klasterindən deyil, onlar da daxili yayılma qurbanlarıdır və yoluxmanın mənbəyi də bilinir. Dördüncü şəxslərdən yoluxma halları bizdə hələlik yoxdur” – dedi Levan Qopodze.
Digər pasiyentlərdən üçünün pnevmoniyası var. Ümumilikdə isə, onların vəziyyətləri stabildir.
