23 
May
2021
13:05
322

Qoridə bir nəfər polislər tərəfindən yaxalandı

Polis Qoridə xəsarət yetirmək faktı ilə əlaqədar bir nəfəri yaxaladı.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin Qori Bölgəsi Şöbəsinin əməkdaşları keçirilən operativ əməliyyat və istintaq tədbirləri nəticəsində keçmiş məhkum 1972-ci il təvəllüdlü D.A. qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə yaxaladılar. Törədilmiş cinayət 3 ildən 6 ilədək həbs cəzası nəzərdə tutur.

Aparılan istintaqla müəyyən olundu ki, təqsirləndirilən şəxs Qori şəhərində yaşayış binalarından birinin girişində tanışı 1958-ci il təvəllüdlü V.K. ilə mübahisə edib. Mübahisə zamanı D.A. soyuq silahdan istifadə edərək V.K.- min kürək nahiyəsindən xəsarət yetirib. Yaralı müvafiq klinikaya yerləşdirilib. Polis cinayətdə istifadə olunan bıçağı sübut kimi götürüb.

Faktla bağlı Gürcüstanın Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ciddi ziyan vurmağı nəzərdə tutan 117-ci maddəsi ilə istintaq aparılır"-Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər