ABŞ-ın Gürcüstandakı səfirliyi Tbilisidə keçiriləcək mitinqlə bağlı bəyanat yayır
"ABŞ dövlət işçilərinə mitinqin keçiriləcəyi ərazilərdən çəkinməyi və əraziyə yaxınlaşdıqları təqdirdə diqqətli olmaları tövsiyə olunur".
InterPress.ge xəbər verir ki, ABŞ-ın Gürcüstandakı səfirliyi Tbilisidə Namaxvani SES- nin inşasına qarşı keçiriləcək etiraz mitinqi haqda müraciət edir.
Səfirlik, 23 May bazar günü, saat 14: 00-da Tbilisidə Birinci Respublika Meydanında geniş aksiyanın planlaşdırıldığını, bu səbəbdən dolayı yolun bağlanacağını və nəqliyyatın məhdudlaşdırılacağını açıqlayır.
“Kütləvi mitinqlər, hətta dinc mitinqlər belə qarşıdurmaya çevrilə bilər. ABŞ dövlət işçilərinə mitinqin keçiriləcəyi ərazilərdən çəkinməyi və əraziyə yaxınlaşdıqları təqdirdə diqqətli olmaları tövsiyə olunur".
Xatırladaq ki, Namaxvani SES-in tikintisinə qarşı çıxanlar 23 May tarixində Tbilisidə mitinq keçirəcəklər.
Namaxvani SES-in inşasına qarşı çıxanların bir neçə tələbi var: Xüsusilə, Gürcüstan hökuməti ilə "Enka Renewables" şirkəti arasında 25 aprel 2019-cu ildə Rioni çayı üzərində Namaxvani SES kaskadının inşasına dair imzalanan müqavilə ləğv edilməli və şirkət Rioni dərəsinintərk etməlidir. Gürcüstan hökumətinin mülkiyyət hüququnun "Enka Renwables" MMC-yə verilməsinin təsdiqlənməsi və birbaşa satış şəklində özəlləşdirilməsinə dair 21 noyabr 2019-cu il tarixli 2405 saylı Fərmanı ləğv edilməlidir.


