Seçki Məcəlləsinə dəyişikliklər edildi
Seçki Məcəlləsinə edilən dəyişikliklər Parlamentin Hüquq İşləri Komitəsi tərəfindən dəstəkləndi.
InterPress.ge xəbər verir ki, 7 saatlıq müzakirədən sonra "Seçki Məcəlləsi"nə edilən dəyişikliklər qəbul edilib.
"Lelo- Gürcüstan üçün tərəfdaşlıq" ın üzvləri Ana Naçvlişvili və Şalva Şavqulidze bu günə qədər seçki qanununa dəyişiklik layihəsini dəstəkləməkdən imtina etsələrdə, qanun layihəsinin əleyhinə də səs vermədilər.
Bu gün layihə Maliyyə, Büdcə, Regional Siyasət və Özünüidarəetmənin Birgə Komitəsi tərəfindən də müzakirə edildi.
Layihə gələn həftə parlamentin plenar iclasına təqdim ediləcək.
Qeyd edək ki, sənəd Venesiya Komissiyasına göndərilib və həm hakim komanda, həm də müxalifət ikinci oxunuşadək komissiyanın qiymətləndirməsini gözləyəcəklərini söyləyirlər.
Qanun layihəsinə görə, Seçki Məcəlləsində bir sıra dəyişikliklər edilir.
Xüsusilə, seçki məntəqələrinin 10% -i təsadüfi seçmə əsasında avtomatik olaraq sayılacaq. MSK-nın işçi heyəti ilə bağlı qaydalar da dəyişir. MSK-da 8 peşəkar və 9 partiya üzvü olacaq. MSK sədrinin 2 müavini olacaq ki, bunlardan biri müxalifət tərəfindən seçiləcək. Dairə və məntəqə komissiyalarının işçi heyətinin qaydaları da dəyişir və MSK bununla bağlı səslərin 2/3-i ilə qərar verəcək.
Dəyişiklik dairə və məntəqə seçki komissiyaları üzvlərinin sayına da aiddir, hər vəziyyətdə üzvlərin sayı MSK-dakı kimidir - 17 - 8 peşəkar və 9 partiya üzvü tərəfindən təyin ediləcək. Bununla birlikdə, dəyişiklik layihəsi seçki məntəqəsindən 100 metr məsafədə insanların toplanmasını və ya seçicilərin qeydiyyatını qadağan edir. Bundan əlavə, şikayət üçün son tarixlər artırılacaq və elektron qaydada şikayət etmək mümkün olacaq. MSK sədri, sədr müavini və MSK katibi şikayəti baxılmadan ləğv etmək hüququna malik olmayacaq.
Xatırladaq ki, seçki islahatının həyata keçirilməsi Şarl Mişelin hazırladığı sənəddə nəzərdə tutulmuşdur.


