22 
May
2021
18:45
835

Ğaribaşvili: "Biz inandırıcı şəkildə qalib gələcəyik"

"Bütün bələdiyyələrdə inandırıcı şəkildə qazanacağıq" .

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Ğaribaşvili jurnalistlərə Acarıstanda "Gürcü Arzusu" partiyasının nümayəndələri ilə görüşü zamanı açıqlama verib.

Ğaribaşvilinin qeyd etdiyinə görə, artıq seçkilərə hazırlaşmağa başlayıblar.

"Partiyamızın Acarıstan təşkilatlarının nümayəndələri, liderləri və fəalları ilə birgə görüş keçirdik. Biz real olaraq artıq işə başlamışıq, seçkilərə hazırlaşırıq, əsas mesajımız budur ki, seçkilərdən əvvəl maksimum səfərbərliyimizi göstərməli və hər bələdiyyədə, şəhərdə inandırıcı şəkildə qalib gəlməliyik. Partiya fəallarımıza, bölgə rəhbərliyinə verdiyimiz əsas vəzifə budur. Biz
layihələrimizi, planlarımızı xalqımıza təqdim etdik, hamımız xalqımızı narahat edən problemlərin həllinə yönəlməli, mənasız və bitməyən mübahisələrlə vaxtımızı itirməməliyik. Bu, əsas mesajımızdır, əhval-ruhiyyəmiz çox yaxşıdır, daha da çox səfərbər olacağıq və bütün bələdiyyələrdə inandırıcı şəkildə qalib gələcəyik"- dedi Ğaribaşvili.

Xatırladaq ki, "Gürcü Arzusu" partiyasının liderləri Acarıstanda partiya fəalları ilə görüşlər keçirirlər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər