21 
May
2021
11:27
406

İyun ayında Azərbaycanın mədəniyyət nazirinin Gürcüstana səfəri planlaşdırılır

Gürcüstanın Mədəniyyət, İdman və Gənclər nazirinin birinci müavini Kaxa Sixarulidze, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyli və Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev ilə görüşüb.

InterPress.ge xəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasında mədəni əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.

Kaxa Sixarulidze qeyd edib ki, Gürcüstan və Azərbaycan arasında çoxəsrlik dostluq ümumilikdə bölgə üçün vacib olan mədəni və tarixi dəyərlərə hörmət üzərində qurulub.

İclasda Azərbaycan Respublikası mədəniyyət nazirinin iyun ayında Gürcüstana planlaşdırılan səfərinə də toxunulub. Nazirin birinci müavini qeyd edib ki, Gürcüstan tərəfi səfərin yüksək səviyyədə keçməsi üçün səylərini əsirgəməyəcək.

Bizimlə əlaqə saxlayın