20 
May
2021
10:46
366

Gürcüstan bankını qarət etmək istəyən şəxs saxlanıldı

Polis Kutaisidə Bank of Georgiaya qarşı planlaşdırılan soyğununun qarşısını aldı və bir nəfəri həbs etdi.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən operativ və istintaq tədbirləri nəticəsində

Kutaisidə 1 nəfər saxlanılıb. Faktla bağlı 1978-ci il təvəllüdlü V.X. oğurluq cəhdi ilə ittiham olunur.

"İstintaq, təqsirləndirilən şəxsin Kutaisi şəhərində İlia Çavçavadze küçəsində yerləşən bir neçə sürətli ödəmə aparatına ziyan vurduğunu, eyni küçədə Bank of Georgianın bir filialını qarət etməyə çalışdığını və bu zaman polisin onu hadisə yerində yaxaladığını ortaya çıxardı"- məlumatda bildirilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avtodayanacağa və ya digər əraziyə qanunsuz daxilolma yolu ilə törədilən oğurluğa cəhd faktı 19-177-ci maddənin 2-ci hissəsinin “b” bəndinə və 3-cü hissəsinin “a” bəndinə əsasən araşdırılır.

Cinayət 3 ildən 7 ilə qədər həbs cəzası nəzərdə tutur.

Məlumat üçün bildirək ki, Kutaisidə Bank of Georgianın şüşələri sındırılıb və sürətli ödəmə aparatları zədələnib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər