Çin peyvəndi ilə aşılanmaq istəyənlərin nəzərinə
"Çin peyvəndi olan "Sinovac"a qeydiyyat 21 mayda, aşılama isə - 24 mayda başlayacaq".
InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Amiran Qamğrelidze məlumat verib.
Qamğrelidzenin TV "İmedi"nin efirində bildirdiyinə görə, "Sinovac" ilə 18 yaşdan yuxarı vətəndaşlar aşılana biləcəklər. Onun sözlərinə görə, İndoneziya araşdırmalarına əsasən, bu peyvəndin effektivliyi 90%-ə qədərdir.
"Şuranın qərarına görə, cümə günü qeydiyyat prosesi elan ediləcək, tətbiqi isə Gürcüstan ərazisində bazar ertəsindən başlayacaq. Bu 18 yaşdan yuxarı əhali üçün müəyyən edilib.
İndoneziya araşdımalaına görə, bu peyvəndin effektivliyi 90%-ə qədər çıxır. ÜST-ü gözləməyəcəyik, çünki artıq birinci Çin peyvəndi, dozalar demək olar ki, tükənib. Ölkədə tələb olduqca çoxdur, artıq aşılanmağa tələb böyüyür və indi dayandırılması arzuolunan deyil", - dedi Amiran Qamğrelidze.


