19 
May
2021
14:01
1144

Gürcüstanda qarşıdakı günlərdə havalar dəyişik keçəcək - Sinoptiklərdən açıqlama

Sinoptiklərin məlumatına görə, mayın 19-da Gürcüstanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək və güclü külək ola bilər.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verir.

Məlumata görə, Gürcüstanda 20-21 may tarixlərində isti və yağmursuz hava şəraiti gözlənilir.

Mayın 21-də hava istiliyi Qərbi Gürcüstanda +32, +37, Şərqi Gürcüstanda +30, +35-ə yüksələcək.

Mayın 22-si günortadan bəzi yerlərdə yağış yağacaq. Hava istiliyi ölkənin qərb hissəsində +25, +30 dərəcəyə, Gürcüstanın şərq hissəsində isə +32, +37 dərəcəyə yüksələcək.

23-24 may tarixlərində Gürcüstanda qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir, bəzi yerlərdə dolu düşə bilər. Gürcüstanın qərbində sərin hava müşahidə olunacaq və Gürcüstanın şərqində yüksək hava istiliyi (+30, +35 dərəcə) davam edəcək.

19-22 may tarixlərində Tbilisidə isti və yağmursuz hava olacaq, 23-24 may tarixlərində şimşək çaxacağı və qısamüddətli yağış yağacağı ehtimalı var. Hava istiliyi +33, +35 dərəcə olacaq.

Mayın 19-da şimal-qərbdən güclü külək əsəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər